Fələstinlilər Məscidi Əqsada növbə çəkirlər - Foto

Fələstinlilər işğal olunmuş Şərqi Qüdsün Qədim Şəhər bölgəsində yerləşən Məscidi Əqsada bazar ertəsi günündən başladıqları növbəçiliyi hələ də davam etdirirlər.

FaktXəbər bildirirlər ki, İsrail rejimi polisinin bazar günü Məscidi Əqsanın 2003-cü ildən bu yana giriş-çıxışları bağlı saxlanılan şərq qala divarlarındakı "Rəhmət qapısı"na enən pilləkənlərin qarşısındakı qapıya zəncir vurmasına fələstinlilər etiraz ediblər. 

"Rəhmət qapısı" yaxınlığında toplaşan çoxlu sayda fələstinli şam namazını qıldıqdan sonra marşlar oxuyublar.

Fələstinlilər sübh namazından şam namazına kimi "Rəhmət qapısı" önündə növbədə dururlar.

Dünən İsrail polisi növbə çəkən fələstinlilərə hücum edərək bir çox adamı yaralamış, 19 nəfəri isə həbs etmişdi.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidi Əqsa müsəlmanların ilk qibləsi olub.