Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev iyunun 14-də Ermənistana rəsmi səfər edib.
Bu barədə o, sosial media hesabında məlumat verib. Hacıyev Dilican şəhərində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
"Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülh və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparıblar", - o qeyd edib.
Hacıyev əlavə edib ki, tərəflər növbəti görüşün Azərbaycanda keçiriləcəyi barədə razılığa gəliblər.
Hikmət Hacıyev Ermənistana rəsmi səfər edib