İyunun 8-i Rusiyanın paytaxtı Moskva şəhərində İsrail səfirliyi önündə etiraz yürüşü keçirilib. Yürüşü Rusiyada yaşayan bir qrup azərbaycanlı Beynəlxalq Qüds günü münasibəti ilə təşkil edib.
Rakurs TV-nin məlumatına görə, etirazçılar səfirlik qarşısında İsrailin Fələstinə hücümunu və Qüdsün işğalını pisləyən broşüralar paylayıblar. Eyni zamanda havaya üzərində “Fələstinə və Qüdsə azadlıq” yazılmış şarlar buraxılıb. Yürüş dinc xarakter daşısa da, iştirakçılardan 3 nəfər polis bölməsinə aparılaraq bir neçə saat saxlanılıb. Onlardan birinin işi məhkəməyə göndərilib.
Qeyd edək ki, İran İslam İnqilabının rəhbəri Ruhullah Xomeyninin fətvasına əsasən, Ramazan ayının son Cümə günü Beynəlxalq Qüds Günü kimi qeyd olunur. Bu gün dünyanın hər yerində İsrailin Fələstini işğal etməsinə etiraz məqsədi ilə nümayişlər, yürüşlər və aksiyalar keçirilir.
Moskvada yaşayan azərbaycanlılar İsrail səfirliyi önündə aksiya keçirib - Video

Oxşar xəbərlər