İraqın Kərbəla şəhərində Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgah kompleksi tərəfindən təşkil olunan Müqəddəs Müdafiə Fətvasına həsr edilmiş 10-cu Mədəniyyət Festivalının tədbirləri keçirilib.
Məlum olduğu kimi, 2014-cü ildə terrorçu İŞİD qruplaşmasının İraqa genişmiqyaslı hücumu və ölkənin təhlükəsizliyinə ciddi təhdid yaratdığı bir vaxtda Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Sistani tərəfindən tarixi "Kifai Cihad" fətvası verilmişdir. Bu fətva əsasında İraq xalqı, təhlükəsizlik qüvvələri və könüllülər səfərbər olaraq ölkənin müdafiəsinə qalxmış, terrorçuları geri püskürtmüş və İraqın ərazi bütövlüyünün qorunmasına nail olmuşlar.
Ayətullah əl-Üzma Seyid Əli Sistaninin bu tarixi fətvası müasir İraqın siyasi varlığının, milli birliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasında həlledici rol oynamışdır. Bu gün İraqın dövlət olaraq mövcudluğunu davam etdirməsi, müxtəlif millətlərin, dini icmaların və mədəniyyətlərin sülh və birgəyaşayış şəraitində yaşaması böyük ölçüdə bu mübarək fətvanın nəticələrindən hesab olunur. Məhz buna görə də hər il müqəddəs ziyarətgahlar tərəfindən bu tarixi hadisənin ildönümü münasibətilə elmi, mədəni, dini və maarifləndirici tədbirlər, konfranslar və festivallar təşkil edilir, fətvanın İraqın və regionun təhlükəsizliyinə verdiyi töhfələr yad olunur.
Festivalda tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, şairlər, dövlət rəsmiləri, hərbçilər, elm və din adamları iştirak etmiş, həmçinin Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov fəxri qonaq qismində tədbirə qatılmışdır.
Müqəddəs Müdafiə Fətvasına həsr edilmiş tədbir baş tutub