Əfqanıstanda deputatlığa namizəd öldürülüb

Əfqanıstanda deputatlığa namizəd qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, Ənvər Niyazi Kabildə terror qurbanı olub. Belə ki, onun olduğu avtomobil maqnit bombası vasitəsilə partladılıb. Bildirilir ki, Ə.Niyazini müşayət edən 3 nəfər xəsarət alıb. Ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarının heç biri hadisəni üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-nə planlaşdırılıb.