Həmas nümayəndə heyəti Seyid Həsən Nəsrullah ilə görüşüb

Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS-ın bu hərəkatın sədr müavini Xəlil əl-Hayyenin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Qəzzada Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstinin İslami müqavimət HƏMAS hərəkatının Qəzzadakı sədr müavini Xəlil əl-Hayyenin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb. Bu görüşdə tərəflər Qəzzədəki müharibənin son inkişafları, işğal olunmuş ərazilərdəki mövcud vəziyyət və müqavimət oxunun müxtəlif cəbhələrini müzakirə ediblər.

Bu görüşdə tərəflər atəşkəs danışıqlarının yekun təfərrüatlarını, Qəzzaya müqavimət hərəkatı ilə bağlı beynəlxalq siyasi münasibətləri və Qəzzaya dəstək verən qlobal tələbə intifadasını müzakirə ediblər.

Seyid Həsən Nəsrullah və HƏMAS nümayəndə heyəti mövqelərin vəhdətini vurğulayaraq, Əqsa tufanı əməliyyatının məqsədlərinə çatmaq, qələbə və böyük uğurlar əldə etmək üçün səylərin davam etdirilməli olduğunu bəyan ediblər.

Hər iki tərəf bu görüş zamanı müqavimət oxunun müxtəlif cəbhələri arasında koordinasiya və əməkdaşlığı yüksək qiymətləndirib.