Mayın 8-də 12 saylı cəzaçəkmə müəssisəsində su verilməsi ilə bağlı yaranan problem zamanı yaşanan insidentə Penitensiar Xidmətin Baş İdarəsi reaksiya verib. Mayın 11-də adı çəkilən müəssisəyə gələn baş idarənin işçiləri qaldırılan problemlə yaxından tanış olaraq,fiziki işgəncə yaşayan məhbuslarla görüş keçiriblər.
Müəssisə işçiləri Əziz Tağıyev, Cavid Səfərov və Şamil Xamıyev tərəfindən amansızlıqla döyülən Kamran Hüseynli, Rasim Məsiyev, Fuad Əsgərov, Rafiq Şahverdiyevlə görüşən Ədliyyə rəsmiləri fiziki işgəncə yaşayanların izahatını alıb. Burnu sındırılaraq nəfəs alması ağırlaşan Rasim Məsiyev isə müəssisənin tibb məntəqəsinə yerləşdirilib.
İşin yaxından araşdırılacağını bildirən baş idarə işçiləri məsələnin diqqətdə saxlanıldığını, rəhbərliyin məsələ ilə bağlı narahatlığını söyləyərək məsələnin hüquq müstəvisində həll olacağını bildiriblər.
Mövcud halın müəssisədə su poblemini arxa plana salmasına baxmayaraq hələ də məsələnin həll olunmadan qalması da məhbusların şikayətlərində öz əksini tapıb.
Xatırladaq ki, mayın 8-də bir neçə gün müəssisəyə ardıcıl su verilməmə səbəbindən yaranan antisanitar vəziyyətə etiraz edən ilahiyyatçı Hacı Tale Bağırzadənin 12 saylı müəssisə rəhbərliyinə etirazı,qarşı tərəfin məsələni özünəməxsus “həll” etməsi ilə nəticələnib.
Müəssisənin Əziz Tağıyev, Cavid Səfərov və Şamil Xamıyev adlı işçiləri Tale Bağırzadəni öldürməklə hədələyib və yuxarıda adı keçən digər dörd məhbusu amansızlıqla döyüblər.
Məsələ ilə bağlı Penitensiar xidmətlə yanaşı Respublika Prokurorluğuna da müraciət olunaraq vəzifəsindən sui-istifadə edən və nəticədə məhbusların işgəncə görməsi faktının hüquqi müstəvidə həll edilməsi tələb olunub.
12 saylı cəzaçəkmə müəssisəsində yaranan insidentə Penitensiar Xidmətdən reaksiya gəldi