Əfqanıstan hərbçiləri "Taliban" silahlılarının girov saxladığı 60-dan çox adamı azad edib

Əfqanıstan Milli Ordusu həyata keçirdiyi xüsusi əməliyyat zamanı radikal "Taliban" qruplaşmasının Hilmənd əyalətində girovluqda saxladığı 61 nəfəri azad edib.

Bu barədə RİA "Novosti" xəbər verir.

Ordunun Hilmənd əyalətindəki xüsusi birləşməsinin komandiri Munib Əmirinin bildirdiyinə görə, əməliyyat dünən gecə Kayaki bölgəsində həyata keçirilib.

Girovların saxlandığı həbsxanalara basqın zamanı "Taliban" qruplaşmasının 7i üzvü saxlanılıb.