Gürcüstanda “xarici agent” qanununa etirazlar səngimir

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanın Parlamentinin yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası davam edir.

Parlamentin yaxınlığında aksiya səhər saatlarından etibarən keçirilir. Etirazçıların tələbi dəyişməz olaraq qalır. Onlar qanun layihəsinin geri çəkilməsini tələb edirlər.

Aksiya iştirakçıları qazan və tavalarla əraziyə gediblər. Onlar qanun layihəsi ilə bağlı narazılıqlarını bu şəkildə ifadə edirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunverici orqanın binasının yaxınlığına səfərbər olunublar.

Parlamentdə gərgin anlar:

Hazırda Gürcüstan Parlamentinin iclası keçirilir.

Plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə üçüncü oxunuşda müzakirəsi başlayıb.

Rustavi2TV bildirir ki, siyasi bəyanatlardan sonra deputatların qanun layihəsini təsdiq edəcəyi səsvermə planlaşdırılır.

İclasda qanun layihəsinə münasibət bildirən müxalifətçi deputatlar iştirak edir.

Layihə təsdiq olunarsa, qanun imzalanmaq üçün prezidentə göndəriləcək. Salome Zurabişvilinin sözlərinə görə, əgər sənəd ona göndərilsə, o, sənədə veto qoyacaq.

Sərt şüarlar

Geotimes yazır: mitinq iştirakçıları parlamentin arxa girişinə toplaşsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini tərk edib və polis Çiçinadze küçəsinin kənarında yerləşdirilib.

Ətraflı: “Qullar”; “Rusiyanın qulları; “Bu utancvericidir” şüarları eşidilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 9 aprel küçəsinin kənarını da bağlayıblar.

 

Deputatlar arasında gərginlik

Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanunla bağlı siyasi bəyanatlar çoxluq və azlıq deputatları arasında şifahi və fiziki qarşıdurmaya çevrilib.

Müxalifətçi, Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı “Gürcü arzusu” partiyasının deputatı Dmitri (Dito) Samxaradzenin rəqibinin ünvanına bir neçə təhqiramiz ifadələr səsləndirməsi ilə başlayıb.

Apsny yazır ki, iclas zalında olan bəzi jurnalistlər onun Xabeişviliyə də şüşə atdığını iddia etsə də, bu anı kameraya çəkə bilməyiblər.

Bu arada digər deputatlar da qarşıdurmaya çıxıblar. Davada 20-yə yaxın deputat iştirak edib. Parlament çoxluğunun üzvü Rima Beradze “Aqmaşnebeli” strategiyasının üzvü Paata Manjqaladzenin başına kağız qovluğu ilə zərbələr endirib, partiya lideri Giorgi Vaşadzeni isə planşetlə hədələyib.

Toqquşma zamanı Nino Tsilosani və Rima Beridze parlament sədrindən müxalifəti zaldan çıxarmağı tələb ediblər.