Hizbullah ilk dəfə İsrailə qarşı “S5” raketləri ilə silahlanmış PUA-dan istifadə edib

İsrail rejimin mediaları bu gün cümə axşamı xəbər veriblər ki, Hizbullah ilk dəfə olaraq işğal altındakı Fələstinin şimalında Əl-Mutla bölgəsində rejim mövqelərinə qarşı “S5” tipli hava-yer raketi ilə silahlanmış pilotsuz təyyarədən istifadə edib

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, israil KİV əlavə edib: “Şimaldakı Miron strateji bazası (Hizbullah) hədəf alındıqdan sonra indi növbə ordunun komanda qərargahının və Şəraca bazasındakı briqadaların və sairlərinin hədəfə alınmasına çatıb.

Livan Hizbullahı da bu gün yaydığı bəyanatda Cəl əd-Deyr hərbi mövqeyində sionist rejimin casusluq texnikası müvafiq silahlarla hədəfə aldığını və məhv etdiyini bildirib.
Hizbullah həmçinin sionist rejimin Əl-Mərc hərbi mövqeyini raketlə hədəf aldığını açıqlayıb.