Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul “atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə zərərçəkmiş Fərman Məmmədov yenidən sualları cavablandırıb. O bildirib ki, 575 min pul verib: “Həbibin göstərişi ilə Elnura 140 min verdim, 435 min də Həbibin özünə vermişəm. Onun anası Elmira Axundova isə mənə cəmi 250 min qaytarıb. Elmira xanım demişdi ki, tenderdə Elnur qalib gəlib, çünki Həbibin işlərini Elnur görəcəkdi. Elmira xanımla bir neçə dəfə danışmışdım, mənə demişdi ki, pulumu qəpiyinə kimi qaytaracaq. Həbib bu biznes işində piramida qurdu, səsyazısında da hər şeyi özünün etdiyini etiraf edib”.
İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.
Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildiriblər.
“Elmira Axundova dedi ki, pulu qəpiyinə kimi qaytaracaq”

Oxşar xəbərlər