Əfqanıstanda "Taliban" silahlıları 10 əsgəri girov götürüb

Radikal "Taliban" hərəkatının silahlıları Əfqanıstanın şimal-şərqindəki blokposta hücum edərək ordunun 10 əsgərini girov götürüb.

Bu barədə TASS xəbər verir.

"TOLO News" telekanalının yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hücum dünən gecə saatlarında Bədəhşan vilayətinin inzibati mərkəzi olan Fayzabadşəhəri ətrafında baş verib.

Hadisə "Taliban" və ölkənin hökumət nümayəndələri arasında danışıqlar fonunda baş verib.