Özbəkistanın Daxili İşlər Nazirliyinin Post-Patrul Xidməti və İctimai Asayişin Mühafizəsi Baş İdarəsinin rəisi, polkovnik Dilşad Əkrəmov vəzifə başında qətlə yetirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.
Onun meyiti dünən 21:10-da iş otağında tapılıb. İdarə rəisini kimin öldürməsi hələlik məlum deyil.
Xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Məlumata görə, D.Əkrəmov bu vəzifəyə bir ay əvvəl təyin olunub. O, bundan əvvəl Daşkənd Baş Polis İdarəsinin Hüquq pozuntularının profilaktikası idarəsinin rəhbəri vəzifəsində çalışıb.
DİN-in idarə rəisi iş otağında öldürüldü
Oxşar xəbərlər