"Bayer"in məğlubiyyətsizlik seriyası 50-yə çatdı

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Son oyun günündə 3 görüş keçirilib.

“Darmştadt” evdə “Hoffenhaym”a 6 qolla uduzub. Çempion “Bayer”  səfərdə “Boxum”a 5 cavabsız qolla qalib gəlib. “Bavariya” isə “Volfsburq”la ev oyununda qələbə qazanıb - 2:0.

Məğlubiyyətsiz oyunlar seriyasını 50-ə çatdıran "Bayer"in 87, 2-ci pillədəki "Bavariya"nın 72, 3-cü olan "Ştutqart”ın isə 70 xalı var.

12 may

"Darmştadt" – "Hoffenhaym" - 0:6
Qollar: Bebu, 2; 51. Beyer, 6; 44. Kaderabek, 22. O.Kabak, 26.

"Bavariya" – "Volfsburq" - 2:0
Qollar: Zvonarek, 4. Qoretska, 13.

"Boxum" – "Bayer"  - 0:5
Qollar: Şik, 41. Bonifase, 45+2. Adli, 76. Stanişiç, 86. Qrimaldo, 90+3.

 

Unikal.az