Əfqanıstanda məscid partladıldı - 20 ölü

Əfqanıstanın şərqindəki Paktiya əyalətində məsciddə partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər həlak olub, daha 40 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayış iki intiharçı terrorçu tərəfindən törədilib.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.