Əfqanıstan prezidenti çıxış edərkən raket atıldı

Əfqanıstan prezidenti Əşrəf Qəninin çıxışı zamanı paytaxt Kabul raket hücumuna məruz qalıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, hücumun hədəfinin prezident iqamətgahı olduğu bildirilir. Təhlükəsizlik qüvvələri Prezident iqamətgahına raket hücumu həyata keçirən iki qiyamçını zərərsizləşdirib.