Qəzzadakı on minlərlə hamilə qadınla bağlı BMT-dən həyəcan siqnalı

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin Qəzza zolağına etdiyi hücumlar səbəbindən Rəfahdan cənuba köçmək məcburiyyətində qalan 150 mindən çox hamilə qadının ciddi sağlamlıq problemləri ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin rəsmi ”X” internet səhifəsində Qəzza zolağında yeni  doğulmuş körpənin fotosu paylaşılıb.
Paylaşımda bu ifadələrə yer verilib: “Həbibə kiçik çadırda doğulub. 2 həftəlikdir, çəkisi 2 kilodan azdır”.
Paylaşımda dünyada heç bir uşağın belə əziyyət çəkməməsinin vacibliyi və  atəşkəsə ehtiyac olduğu vurğulanıb.
Paylaşımda həmçinin Qəzza zolağındakı hamilə qadınların vəziyyətinə də diqqət çəkilərək deyilir: “Qəzzada 150 mindən çox hamilə qadın müharibə səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşir”.
Qeyd edək ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi Xan Yunisdəki bir məktəbin görüntülərini paylaşıb.

Videoda fələstinlilərin bir həftə əvvəl İsrailin hücumları nəticəsində ciddi ziyan görən məktəbə yenidən sığındığı görünür.
İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün vəziyyətinə düşən fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.
UNRWA bildirib ki, Rəfahdakı 360 minə yaxın fələstinli bölgəni tərk etmək məcburiyyətində qalıb.

 

 

 

Az.shafaqna.com