Norveçin “Viator AS” təşkilatının Azərbaycandakı törəməsi – “Viator Mikro Kredit Azərbaycan” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Kredit təşkilatı ötən il 0,6 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 4 dəfə çoxdur.
Bu ilin əvvəlinə “Viator Mikro Kredit Azərbaycan”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 22,5% çox – 8,8 milyon manat, o cümlədən kredit portfeli 29,5% çox – 8,1 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 3,7 milyon manat (38,3% çox), balans kapitalı isə 5,1 milyon manat (13,2% çox), o cümlədən nizamnamə kapitalı 0,7 milyon manat (dəyişməyib) olub.
Turan.az
Norveç təşkilatı ötən il Azərbaycan bazarında 0,6 milyon manat xalis mənfəət əldə edib