Milli Məclisin üç deputatına yeni vəzifə verilib

Milli Məclisin üç deputatına yeni vəzifə verilib. Bu məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sahibə Qafarovanın namizədliyi təklif edilib.

Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.