Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban” yaraqlılarına qarşı atəşkəs elan edib.
Bu barədə Əfqanıstan prezidenti Twitter səhifəsində yazıb.
1TV telekanalı xəbər verir ki, “Taliban” rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.
Atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.
Xatırladaq ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi də Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirmişdi.
virtualaz.org
Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi
Oxşar xəbərlər