Əfqanıstanda məsciddə partlayış olub: 20 nəfərdən çox yaralanıb

Əfqanıstanın Qazni şəhərindəki məscidlərin birində parltayış olub.

Trend-in məlumatına görə, bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 21 nəfər həlak olub.

Partlayışın baş vermə səbəbləri barədə məlumat verilməyib.