İctimai nəqliyyatda gediş haqlarının artırılmasının səbəbini müəyyən etmək mümkün deyil, "Böyük Quruluş" partiyasının sədri, Azərbaycan parlamentinin deputatı Fazil Mustafa belə hesab edir.
Onun sözlərinə görə, Tarif Şurası avqustun 1-dən avtobus və metro nəqliyyatında gediş haqqının artırılmasına heç bir səbəb gətirməyib.
"Neftin qiyməti sahəsində böhran yoxdur, manat dollara nisbətdə sabitliyini saxlayır, əhalinin rifah halında dəyişklik yoxdur, yəni maaşlar qaldırılmayıb, gəlirlər artmayıb. Buna görə də düşünüərm ki, gediş haqlarının qaldırılrmasına ehtiyac yox idi", deyə Mustafa qeyd edib.
Deputat rəsmilərin hətta qiymətlər artırıldıqdan sonra ictimai nəqliyyatda və metroda gediş haqlarının Avropadan ucuz olması haqda dediklərinə münasibət bildirərək deyib ki, bunu deyənlər Avropada maaaşların Azərbaycanla müqayisədə 10 dəfəyə qədər çox olmasını da nəzərə almalıdırlar: Bu, aztəminatlı kimi ilk növbədə müəllimlərə, həkimlərə, elə jurnalsitlərin özlərinə ağır zərbədir.
F.Mustafa Nazirlər Kabinetinin qərarı ilə bu il iyulun 31-dən ölkəyə gətirilən mobil cihazların dövlət qeydiyaytı ilə bağlı rüsumların artırılmasını da əsassız sayıb: "Rüsumalrın belə kəskin artırılması bu bazarı nəzarətlərində saxlayan qüvvələrin maraqlarına xidmət edir", deyə deputat bildirib.
İyulun 1-dən metroda, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus nəqliyyatında gediş haqqı tarifləri 50% artırılıb.
İyulun 31-də Nazirlər Kabineti şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatı tarifini telefonların modelindən asılı olaraq 5 manatdan 20-150 manata qədər artırıb.
Turan
Deputat: Qiymətlərin artırılmasının məntiqli izahı yoxdur
Oxşar xəbərlər