Qeys Xəzali: İraq Müqaviməti sionist düşmənlə müharibədədir

İraq Əsaibi-Əhli-Həqq Hərəkatı İsrailin Dəməşqdəki Nücəbə hərəkatının qərargahına hücumuna cavab olaraq bu hücumların yeni deyil və İraq müqaviməti müharibə vəziyyətindədir-deyə bildirib.

Hərəkatının baş katibi Qeys Xəzali əl-Əhd televiziyasına verdiyi müsahibədə: “İraq hökuməti Fələstin xalqının davasını tam dəstəkləyir.

Bəzi ərəb hökumətləri İsrail cinayətlərinə biganə qalmaqla yanaşı, həm də bu işğalçı və qəsbkar rejimə xidmət edirlər.

İraq hökumətinin Fələstin məsələsində hərbi mövqe tutmasına ehtiyac yoxdur, çünki bu rolu hökumət yerinə müqavimət və İraq xalqı edir. Qələbə məzlum Fələstin xalqına və müqavimət oxuna məxsus olacaq” deyib.

Suriya Müdafiə Nazirliyinə bağlı suriyalı hərbi mənbə cümə axşamı, mayın 9-u səhər saatlarında  açıqlama verərək: “Sionist düşmən səhər saat 03.20-də işğal olunmuş Colandan Dəməşqin kənarındakı bir binanı hədəfə alıb.

Bizim hava hücumundan müdafiə qüvvələrimiz bu hücuma cavab verib və düşmənin atdığı raketlərin bir hissəsini vurulub” deyə o bildirib.

Sözügedən mənbə izah edib ki, bu hücum nəticəsində əraziyə müəyyən ziyan dəyib.

İraqın Nücəbə İslami Müqavimət Hərəkatı da dünən Dəməşqdəki mədəniyyət və media mərkəzinə hava hücumuna cavab olaraq bəyanat verib və bu hücuma raket və pilotsuz uçuş aparatları ilə işğal olunmuş ərazilərin dərinliklərinə atəş açıb.