İrəvanda etiraz aksiyalarında 151 nəfər saxlanılıb

Ötən gündən İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

 “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.
İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti bağlayıblar. Aksiyaya polis müdaxiləsi olub. Polis orqanları ilə vətəndaşlar arasında yaranan insidentdə saxlanılananlar var. Yerli hüquq müdafiəçilərinin yaydığı məlumata görə aksiyalarında saxlanılanların sayı 151-ə çatıb.