21 January 2025

Gergerlioğlu: 2024-cü ildə Türkiyə üzərindən İsrailə 2,37 milyon ton neft daşınıb

DEM Partiyası Kocaeli Millət vəkili Ömər Faruk Gergerlioğlu Baş Assambleyada etdiyi çıxışında Azərbaycanın Türkiyə üzərindən İsrailə neft satdığını sübut edən sənədləri göstərib. Türkiyənin bu ticarətdən barelindən 1 dollar 27 sent aldığını deyən Gergerlioğlu, AKP hökumətinin ticarətlərini yalanlarla gizlətməyə çalışdığını bildirib.

İran prezidenti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan, Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Abzas Media işi" üzrə növbəti məhkəmə iclası keçirilib, Ülvi Həsənli ifadə verib

Yanvarın 21-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə “Abzas Media”nın direktoru Ülvi Həsənli sərbəst ifadə verib.

Həsənli əvvəlcə vəsatət verərək jurnalistlərin zala buraxılmasını tələb edib. Hakim vaxt azlığını əsas gətirərək vəsatəti rədd edib və məhkəməyə gələnlərin bir qismi zala buraxılmayıb.

Qubad İbadoglu: Qanunvericilikdə istintaq dayandırıldıqdan sonra polis nəzarətinə verilmə norması yoxdur

Qış mövsümü ilə əlaqədar olaraq kommunikasiya və kommunal xidmətlərin təminatında qarşılaşdığı çətinliklərə görə Sumqayıtdan yaşayış yerini dəyişərək Bakıya köçən Qubad İbadoğlu iki həftədir qeydiyyata düşmək üçün həftənin 2-ci və 4-cü günləri yenə də Sumqayıt Şəhər Polis İdarəsinin 1 saylı Polis Bölməsinə gedir.

Bu barədə Qubad İbadoğlu Amerikanın Səsinə bildirib.

İranda “Dünya Müsəlman Azərilər Günü” adlı tədbir keçirib

Yanvarın 19-da İranın Ərdəbil şəhərində “Dünya Müsəlman Azərilər Günü” adlı tədbir keçirib. Atıq 10 ildir keçirilən Dünya Müsəlman Azərilər Günü tədbiri bu il “Din, Dil, Torpaq” şüarı altında Ərdəbilin Şeyx Səfi Kompleksinin Xətayi zalında təşkil olunub. Tədbir hər il Ərdəbil və bəzi digər şəhərlərdə qeyd edilir.

Türkiyə Ədliyyə naziri Tunç: Məhkəməyə təzyiq cəhdlərinə qarşı lazımi addımlar atılacaq

Tunç məhkəməyə hər hansı təzyiq və ya müdaxilə cəhdinə qarşı bütün lazımi hüquqi addımların atılacağını bildirib.

Türkiyə Ədliyyə naziri Yılmaz Tunc bazar ertəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında başladılan istintaqla bağlı açıqlama verərək, "Sözügedən səlahiyyətlilər heç bir şəkildə ədliyyə üzvlərinə qarşı hədəf almağı, təhdid etməyi və ya məhkəmə prosesinə müdaxiləni qanuniləşdirmir" dedyib.

"Trabzonspor" qələbə qazandı

Türkiyə Superliqasında XX turun növbəti oyunu keçirilib.

"Trabzonspor" doğma meydanda "Sivasspor"la qarşılaşıb. Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qara dəniz təmsilçisinin qollarını Arseniy Bataqov, Simon Banza, Ozan Tufan və Con Lunstram vurublar.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Trabzonspor" 9-cu pillədə qərarlaşıb. Qonaqlar isə 20 xalla sonuncu 15-ci yerdədir.

 

Tramp Ukraynaya yardımı dayandırdı

ABŞ prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.

Bu barədə "Los Angeles Times" yazır.

"Tramp ABŞ-nin bütün xarici yardım proqramlarının öz siyasət məqsədlərinə uyğunluğunu müəyyən etmək üçün 90 gün müddətinə yardımların müvəqqəti dayandırmaq barədə fərman imzalayıb",- materialda deyilir. 

Quterreş: İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi beynəlxalq hüququn ən ciddi pozuntusudur

BMT Baş katibi Antonio Quterreş bu gün xəbərdarlıq edib ki, İordan çayının qərb sahilinin hamısının və ya bir hissəsinin İsrail rejimi tərəfindən işğal olunmuş ərazilərə ilhaqı “beynəlxalq hüququn ən ciddi pozuntusu” olacaq.

Niyaməddin Əhmədov həbsxanada aclığa başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.

“Niyaməddin Əhmədov 7 saylı koloniyada məhbusun intihar etməsini ictimailləşdirdiyi üçün karserə salınıb. Etiraz olaraq aclıq elan edib", - partiyadan bildiriblər.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymətlər açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Məşhəddə 41-ci Beynəlxalq Quran Müsabiqəsi başlayacaq

26 yanvarda Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəmində 41-ci Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək.

Sözügedən müsabiqə hər il əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi günlərə – Məbəs günlərinə parallel keçirilir.

Dünyanın müxtəlif yerlərində yaşayan qarilər və hafizlər bu müsabiqəyə böyük maraq göstərir.

İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəzaya görə bir nəfər həbs edilib

Xəbər verildiyi kimi yanvarın 18-də, İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.