Quterreş: İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi beynəlxalq hüququn ən ciddi pozuntusudur

BMT Baş katibi Antonio Quterreş bu gün xəbərdarlıq edib ki, İordan çayının qərb sahilinin hamısının və ya bir hissəsinin İsrail rejimi tərəfindən işğal olunmuş ərazilərə ilhaqı “beynəlxalq hüququn ən ciddi pozuntusu” olacaq.

Antonio Quterreş BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında rejim səlahiyyətlilərinin belə bir hərəkətlə bağlı bəyanatlarını pisləyib.

BMT Baş katibi sionist rejimin son iki ildəki icra dəyişikliklərinə toxunaraq deyib: “Mən Qəzzə və İordan çayının qərb sahilinin işğal olunmuş Fələstin ərazilərinin bütövlüyü və bitişikliyinə olan ekzistensial təhlükədən dərin narahatam.”