Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 66 nəfərə çatıb (yenilənib)

Yanğınsöndürənlərin təxminən 10 saat davam edən səyləri nəticəsində yanğın nəzarət altına alınıb.

Yanğının başvermə səbəbi hələ ki, məlum deyil.

Əraziyə xilasedicilər, tibbi və digər personallar cəlb edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, səhiyyə naziri Kemal Memiş oğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Erson və FHN başçısı Okay Memiş, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və digər rəsmi şəxslər də əraziyə gəlib.

Yerlikayanın məlumatına görə, yanğın nəticəsində 66 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır, 17 nəfər isə xəstəxanadan evə buraxılıb.

 

**********************************************************************************************************************************************************************

 

Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın baş verib.

Gecə boyu davam edən yanğında ölənlərin sayı artmaqda davam edir. Çox saylı turistlərin yerləşdiyi otel gecə zaman üçün təhlükəni daha da artırıb. Belə ki, bütün turistlərin oteldə olması itki sayını yüksəltməkdə davam edir. Son məlumatlara görə yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb. Bəziləri özlərini yüksək mərtəbədən atdıqları üçün həyatlarını itiriblər. 

Yanğın söndürmə işləri hələ də davam edir.