Qış mövsümü ilə əlaqədar olaraq kommunikasiya və kommunal xidmətlərin təminatında qarşılaşdığı çətinliklərə görə Sumqayıtdan yaşayış yerini dəyişərək Bakıya köçən Qubad İbadoğlu iki həftədir qeydiyyata düşmək üçün həftənin 2-ci və 4-cü günləri yenə də Sumqayıt Şəhər Polis İdarəsinin 1 saylı Polis Bölməsinə gedir.
Bu barədə Qubad İbadoğlu Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, “Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında” Təlimatın 3.18-ci maddəsinə görə, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şəxs daimi yaşadığı və ya müvəqqəti olduğu yeri başqa yaşayış məntəqəsinə dəyişdikdə nəzarət işi 24 saat ərzində həmin polis orqanına göndərilir.
O bildirib ki, yaşayış yerini dəyişməzdən öncə vəkili Zibeydə Sadıqovanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinə şifahi və yazılı şəkildə müraciətləri indiyədək cavabsız qalıb.
“Mənə qarşı cinayət işi üzrə ibtidai istintaq 29 iyul 2024-cü ildən qeyri-müəyyən müddətə dayandırılıb. Qərarın verilməsindən 6 ayadək müddət ötməsinə baxmayaraq, bu qərarla nə mənim özüm, nə də vəkillərim tanış olmayıb. Bununla bağlı Apelyasiya Məhkəməsinin yanvarın 8-də qərarı da icra olunmur. Mövcud qanunvericilikdə istintaqın dayandırılması zamanı polis nəzarətinə verilmə qətimkan tədbirinin saxlanılmasına dair hüquqi norma yoxdur. Lakin buna baxmayaraq ev dustaqlığına buraxılandan sonra tətbiq edilən polis nəzarəti və həftədə 2 dəfə polisdə məcburi qeydiyyat ibtidai istintaq qeyri-müəyyən müddətə dayandırılandan sonra da davam etdirilir. Odur ki, 9 aydır müntəzəm olaraq həftədə 2 dəfə qeydiyyata düşmək üçün Sumqayıt şəhər Polis İdarəsinin 1 saylı Polis Bölməsinə gedirəm”, o qeyd edib.
Qubad İbadoğlu bildirib ki, şəxsiyyət vəsiqəsi yenə də etibarsızdır.
“Azərbaycanda heç vaxt müşahidə olunmayan bu halı şəxsi həyatıma müdaxilə kimi qiymətləndirirəm”, o qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bununla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bununla yanaşı, İbadoğlunun ölkədən çıxışına qadağa qoyulub.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Buna baxmayaraq İbadoğlu müayinə və müalicə üçün xaricə buraxılmır.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Qubad İbadoglu: Qanunvericilikdə istintaq dayandırıldıqdan sonra polis nəzarətinə verilmə norması yoxdur