Türkiyə Ədliyyə naziri Tunç: Məhkəməyə təzyiq cəhdlərinə qarşı lazımi addımlar atılacaq

Tunç məhkəməyə hər hansı təzyiq və ya müdaxilə cəhdinə qarşı bütün lazımi hüquqi addımların atılacağını bildirib.

Türkiyə Ədliyyə naziri Yılmaz Tunc bazar ertəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında başladılan istintaqla bağlı açıqlama verərək, "Sözügedən səlahiyyətlilər heç bir şəkildə ədliyyə üzvlərinə qarşı hədəf almağı, təhdid etməyi və ya məhkəmə prosesinə müdaxiləni qanuniləşdirmir" dedyib.

Hakimlərin Konstitusiyamızın 138-ci maddəsinə əsasən vəzifələrində müstəqil olduqlarını bildirən Tunç, ''Heç bir orqan, vəzifə və ya şəxs məhkəmə səlahiyyətlərini həyata keçirərkən məhkəmələrə və hakimlərə əmr və ya göstəriş verə bilməz'' söyləyib.

Tunç, istintaq və ya təqibin hökmü ilə yekunlaşana qədər prokurora, hakimə və ya məhkəməyə təsir etmək məqsədi ilə açıq, şifahi və ya yazılı açıqlama vermənin cinayət olduğunu bildirib və deyib: Başda İstanbul Baş prokurorumuz olmaq üzrə mühakimənin qanunun sərhədlərini aşması və cinayət təşkil etdiyi ifadələri edənlər haqqında müstəqil və tərəfsiz məhkəmənin hərəkətə keçməsi kimsənin narahat edilməməsi lazımdır.

Tunç həmçinin bildirib ki, məhkəməyə hər hansı təzyiq və ya müdaxilə cəhdinə qarşı bütün lazımi hüquqi addımlar atılacaq.

 

Nə baş verib?

Bazar ertəsi İmamoğlu barəsində İstanbul Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə istintaq başladılıb.

İstanbul Baş Prokurorluğundan verilən açıqlamada, “İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı terrorla mübarizədə vəzifəsini yerinə yetirən insanları təhdid etmə və hədəfə alma cinayətlərinə görə vəzifəli olaraq istintaq başladılıb. Onun bu gün qatıldığı proqramda (20.01.2025) İstanbul Baş prokuroru cənab Akın Gürlek və ailəsinə qarşı təhdid dolu ifadələr işlədilib”.