Prezident Mulino: Panama kanalı Panamanın nəzarəti altında qalacaq

ABŞ prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Panama kanalı və onun administrasiyası üzərində nəzarət Panamanın əlində qalacaq.

Bu barədə Panamanın lideri Xose Raul Mulino “X” hesabında bildirib.

“Panama Respublikası və onun xalqı adından ABŞ Prezidenti Donald Trampın Panama və onun Kanalı ilə bağlı inauqurasiya nitqində söylədiyi sözləri tamamilə rədd etməliyəm”, - Mulino vurğulayıb.

 
 
APA