Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
“Niyaməddin Əhmədov 7 saylı koloniyada məhbusun intihar etməsini ictimailləşdirdiyi üçün karserə salınıb. Etiraz olaraq aclıq elan edib", - partiyadan bildiriblər.
Yanvarın 16-da "Azadlıq" qəzetinin Facebook səhifəsində 7 saylı koloniyada məhbusun ölümü barədə məlumat yayılıb. Bildirilib ki, məhbus Tural Elxan oğlu Nağıyev 7 saylı koloniyada vəhşicəsinə döyülüb, sonra isə karserə salınıb. O bu ədalətsizliyə etiraz edərək cəza kamerasında özünü asıb.
Həmin cəzaçəkmə müəssisəsində digər bir məhbusun da həyatının təhlükədə olduğu bildirilir. Gəncədən olan Orxan adlı məhbus dustaq yoldaşlarına "ölüm hadisəsindən sonra rəisi dəyişərlər" dediyinə görə karserə salınıb. Ona da işgəncə verildiyi bildirilir, - “Azadlıq” qəzetinin məlumatında deyilir.
Öz növbəsində Penitesiar xidməti Əhmədovun karsera salınmasını təkzib edib.
“7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Niyaməddin Əhmədov haqqında məlumatlar əsassızdır.
Qeyd olunan şəxs cərimə təcridxanasına keçirilməyib və hazırda aclıq etmir. Müəssisənin yaşayış sahəsində digər məhkumlarla bərabər saxlanılır.
N. Əhmədovun hüquqları təmin olunur, qanuni mənafeyi qorunur.
Eyni zamanda, müəssisə rəisi və digər əməkdaşlar tərəfindən məhkum təhdidlərə və təzyiqlərə məruz qalmamışdır”, - Xidmətin məlumatında deyilir.
* Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhısi Partiyasının lideri Əli Kərimlinin cangüdənidir. 2020-ci ilin aprelində karantin rejimini pozmaqda ittiham olunaraq həbs edilib. Sonradan onu Cinayət Məcəlləsinin 214-1 (terrorizmin maliyyələşdirilməsi). 281 (dövlət əleyhinə açıq çağırışlar) və 233-1-ci maddələrilə (qadağan olunmuş əşyaların əldə edilməsi, saxlanması) ittiham ediblər.
Məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Əhmədov ona qarşı irəli sürülən ittihamları rədd edib. Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.
Niyaməddin Əhmədov həbsxanada aclığa başlayıb