07 January 2025

Daha bir ölkə BRİKS-in tamhüquqlu üzvü oldu

Braziliya bazar ertəsi İndoneziyanın rəsmi olaraq BRİKS-ə qoşulduğunu elan etdi.

İndoneziya BRICS-ə tamhüquqlu üzv kimi qoşulub. Braziliya hökumətinin verdiyi bəyanat ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytına ötürülüb.

Braziliya hökuməti yanvarın 1-də başlayan və 2025-ci il dekabrın 31-dək davam edəcək BRİCS-ə prezidentlik müddəti çərçivəsində yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv olmasını açıqladı.

Yəməndə İngiltərə və Ərəbistan ilə əlaqəli casusluq şəbəkəsi zərərsizləşdirilib

Yəmənin təhlükəsizlik qurumları İngiltərənin bir casus şəbəkəsinin üzvlərinin həbs edildiyini, İngiltərə kəşfiyyat agentliyi (Mİ6) və Səudiyyə Ərəbistanı kəşfiyyat təşkilatının düşmənçilik hərəkətlərinin məğlubiyyətə uğradığını açıqlayıb.

 Yəmənin təhlükəsizlik qurumları yaydıqları bəyanatda bildiriblər: “Allahın lütfü ilə, İngiltərəyə bağlı bir casus şəbəkəsinin üzvlərinin həbsi ilə bu ölkənin və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının düşmənçilik hərəkətləri iflasa uğradı.”

İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə iclasında ara qarışıb, təqsirləndirilən şəxsə və məhkəməni izləməyə gələnlərə qarşı Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiq göstərilib. 

Səbəb dövlət ittihamçısının Möhyəddin Orucovun polis şöbəsində üzərinə baxış keçirilməsi ilə bağlı videogörüntülərin məhkəmədə nümayiş etdirilməsini istəməsi olub. 

Venesuela Paraqvayla diplomatik əlaqələri kəsib

Venesuela müxalifət lideri, barəsində həbs qərarı olan Edmundo Qonzalesin Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyi barədə açıqlamasına görə, Paraqvayla diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Venesuela hökuməti Paraqvay prezidenti Santyaqo Penanın müxalifət lideri Edmundo Qonzalesin Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyi barədə bəyanatından sonra diplomatik əlaqələri dərhal kəsmək və diplomatik heyətini ölkədən çıxarmaq qərarına gəldiyini açıqlayıb.

Liviyada keçmiş nazirin israilli nazirlə görüşü etirazla qarşılanıb

Keçmiş xarici işlər nazirinin Liviyada sionist həmkarı ilə görüşünün təfərrüatlarının ortaya çıxması etirazlara səbəb olub.

Liviyanın paytaxtı Tripoli keçmiş xarici işlər naziri Nəclə Əl-Menquşun sionist rejimin keçmiş xarici işlər naziri 2023-cü ildə Eli Cohen ilə gizli görüşünün təşkilində Milli Birlik Hökumətinin baş nazirinin iştirakı ilə bağlı açıqlamalarından sonra genişmiqyaslı etirazların şahidi olub.

Kazimeyn Ziyarətgahının xidmətçiləri Əskəriyyədə şəhadət məclislərində xidmət edirlər

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Kazimeyn Ziyarətgahının baş katibi Dr. Heydər Həsən Şəmmərinin rəhbərliyi ilə, Kazimeyn Ziyarətgahının xidmətçiləri Samirra şəhərində İmam Hadinin (ə) şəhadət günü münasibətilə keçirilən mərasimlərə qatılıblar. Onlar bu münasibətdə əməkdaşlıq və həmrəyliyin ən yüksək nümunələrini göstərərək, Əskəriyyə Ziyarətgahının xidmətçiləri ilə çiyin-çiyinə çalışıblar. Məqsəd bu kədərli günün layiqincə qeyd edilməsinə töhfə vermək olub.

AKP Suriyadan pay almağa çalışarkən HTŞ sərhəd bölgəsini nəzarəti altına alıb

Suriyada vəziyyət AKP və türk rəhbərliyinin xəyal etdiyi kimi inkişaf etmir. HTS sərhəd bölgəsinə nəzarəti ələ keçirib. Qətər türk şirkətlərinin diqqətində olduğu Dəməşq hava limanında fəaldır.

Suriyada Bəşər Əsədin devrilməsindən sonra AKP iqtidarı və Türkiyə kapitalı bu ölkədə nüfuzlarını və sərmayələrini artırmaq üçün qollarını çırmalayıb.

Ənsarullah ABŞ-ın təyyarə gəmisini vurub

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizin şimalında Yəmənə hücum üçün hazırlıq görərkən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Harry Truman təyyarə gəmisinə intensiv hava hücumu həyata keçirdiklərini iddia edib.

Ənsarullahın əl-Mesirah televiziyasında verdiyi açıqlamaya görə, Qırmızı dənizin şimalında Yəmənə hücum üçün hazırlıq görülərkən, ABŞ Hərbi Dəniz Qüvvələri 2 qanadlı raket və 4 pilotsuz uçuş aparatı ilə USS Harry Truman təyyarə gəmisinə hücum edib.

HTŞ-dən Xanım Zeynəb (s.ə) Ziyarətgahı ilə bağlı yeni qərar

Suriyada dövlət idarəçiliyinə gələn Heyəti Təhrir əş-Şam (HTŞ) Hz. Zeynəb (s.ə) türbəsi ilə bağlı yeni qərar qəbul edib. Zəvvarlara qarşı pis rəftar edən HTŞ qüvvələri Hz. Zeynəb (s.ə) türbəsindən uzaqlaşdırılıb.

Əqidə fərqləri ilə yanaşı şiəliyə qarşı siyasi manipulyasiya Suriyada yeni idarəçilik sistemində əsas hədəflər sırasındadır. Müqəddəs məkanlara hücum, övliyaların məzarının yandırılması bu sırada yaşanan hallardandır.