02 January 2025

İsrailin keçmiş müdafiə naziri Yoav Gallant parlament üzvü vəzifəsindən istefa verib

Gallant və İsrailin Baş naziri Netanyahu Qəzzadakı müharibə ilə bağlı tez-tez toqquşdular, Gallant İsrail girovlarını azad etmək üçün diplomatik səyləri müdafiə edərkən Netanyahu HƏMAS-a qarşı hərbi təzyiqi davam etdirməkdə israr etdi.

İsrailin keçmiş müdafiə naziri Yoav Gallant çərşənbə günü Knesset kimi tanınan parlamentdəki parlament üzvü vəzifəsindən istefa verdiyini açıqlayıb.

Monteneqro polisi 10 nəfərin ölümünə səbəb olmuş silahlı şəxsi axtarır

Monteneqronun Tsetine şəhərində, barların birində, ikisi uşaq, 12 nəfərin ölümüylə nəticələnən silahlı hadisə baş verib. Cinayəti törədən şəxs olay yerindən qaçıb.

Rəsmilər Ako Martinoviç adlı şübhəlinin axtarış başladıldıqdan sonra intihara cəhd etdiyini və xəstəxanaya aparılarkən öldüyünü söyləyib.

Hizbullah lideri: Müqavimət davam edir və gücünü bərpa edib

Livan Hizbullah Hərəkatının Baş katibi müqavimətin davam etdiyini bildirərək deyib: “Hizbullahın İslami İranla əməkdaşlığı regiondakı mövcud problemlərin öhdəsindən gəlmək üçün əldə edilib. Hizbullah, Yəmən və İraqın Qəzzəyə verdiyi dəstəyin hamısı ortaq düşmənlə qarşıdurma ilə bağlı vahid baxışdan irəli gəlir.”

İşğal altındakı Qüdsdə israilli əsirlərin ailələri Netanyahunun evi qarşısında nümayiş keçirir

İsrailli əsirərin ailələri HƏMAS ilə razılaşmaya mane olduğu üçün növbəti dəfə sionist rejimin baş nazirinin evi qarşısında etiraz aksiyası keçiriblər.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, İsrail əsirlərinin ailələri növbəti dəfə sionist rejimin baş naziri Benyamin Netanyahunun evi qarşısında nümayiş keçirərək, onun əleyhinə şüarlar səsləndiriblər.

Sülh üçün mübarizə aparın

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 2025-ci ilin ilk “Angelus” duası zamanı qlobal münaqişə zonalarında sülh çağırışı edib.

Müqəddəs Pyotr meydanına toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən pontifik müharibə zonalarında diplomatik səylər göstərərək dialoq və danışıqları təşviq etməklə ədalət və sülhün bərqərar olması üçün çalışanlara təşəkkürünü bildirib.

“Mərasimdə əks olunan fikirlər hökumətin mövqeyini əks etdirmir”- Iran XIN

İran Xarici İşlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib.

Onun sözlərinə görə, İranın şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları hökumətinin mövqeyini əks etdirmir.

Azərbaycandan Avropa və Türkiyə bazarlarına qaz nəqli artmaqda davam edir

Azərbaycanın Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür. Bu müddətdə TAP-la Avropaya 42.8 milyard kubmetr qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12.9 milyard kubmetr qaz ixrac edilib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X Platformasında yazıb.

Səudiyyəli şeyx İbni Bazin fətvası onun İsrailə dəvətinə səbəb oldu

Müsəlmanları soyqırım edən İsraillə savaşmağın caiz olmadığını və HƏMAS-ın terror təşkilatı olaraq  barəsində fətva verən Səudiyyə Ərəbistanı müftisi Şeyx Əbdüləziz ibn Abdullah Əl Bas verdiyi fətva səbəbindən İsrailin rabitə naziri Eyyub Kara tərəfindən İsrailə dəvət edilib. Səudiyyə Ərəbistanı Üləma Komitəsinin üzvü İbn Bazın dəvəti İsrailin ona minnətdarlıq etmə səbəbinə görədir. İsrailli nazir Şeyxin fətvasına görə ona təşəkkür edib və İbn Bazı ölkəsinə dəvət edib.