Belçikada jurnalistlər İsrail rejiminin Qəzzada törətdiyi qətliama etiraz ediblər

Belçikada jurnalistlər İsrail rejiminin Qəzzada törətdiyi qırğınlara etiraz ediblər.

Brüsseldə fəaliyyət göstərən beynəlxalq və Belçikada fəaliyyət göstərən jurnalist təşkilatlarının üzvləri sionist rejimin jurnalistlərə qarşı qətliamlarına son qoyulması tələbi ilə etiraz aksiyası keçiriblər.

Şəhərin mərkəzindəki Mont Des Arts meydanına toplaşan jurnalistlər son vaxtlar sionist rejimin Qəzzəyə hücumlarında çoxsaylı jurnalistlərin hədəfə alınmasına etiraz ediblər.

Əllərində “Jurnalistlərin qətliamını dayandırın”, “Biz həmkarlarımızla həmrəyik”, “Jurnalistika cinayət deyil” yazılmış plakatlar tutan jurnalistlər sionist rejimin soyqırımını dünyaya çatdırarkən öldürülən həmkarlarının adlarını bir-bir oxuyublar.

Fələstin Hökumətinin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən bəri qatil İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında şəhid olan jurnalistlərlə bağlı məlumat verilib.

Bəyanatda Qəzza zolağında öldürülən jurnalistlərin və media işçilərinin siyahısı açıqlanıb.

Siyahıya əsasən, 2023-cü il oktyabrın 7-dən etibarən sionist İsrailin hücumları nəticəsində Qəzza zolağında öldürülən jurnalistlərin sayı 246-ya çatıb.