İnanclı xanımlara cinayət işinin açılmasını təcridxanadakı siyasi məhbuslar qınadı

1 saylı İstintaq təcridxanasından siyasi məhbuslar Cahad Babakişizadə, Mayıl Kərimov və Elçin Zeynalov inanclı xanımların saxlanılaraq barələrində cinayət işinin açılmasını qınayıblar. Hər üç inanclı hakimiyyətin bu addımını təxribat kimi dəyərləndirib.

“Hətta hakimiyyətin iddia etdiyi kimi dini ayinlərin keçirilməsi nəzərdə tutulmayan yerlərdə xanımların İmam Hüseynə (ə) ehsan paylaması hər hansı bir qanununa zidd əməl olsaydı belə bunu alternativ cəza növləri ilə əvəzləmək yerinə hakimiyyət ən sərt tərəf, həbs-qətimkan  tədbirini seçməsi məlum olayın qəsd olaraq icra edilməsinə əyani nümunədir.

Biz altı inanclı xanımın həbsini tənqid edir və hakimiyyətin inanclılara qarşı növbəti məkirli planından əl çəkməyi ondan tələb edirik.”