60-dan artıq məhbus inanclı xanımların həbslərinə etiraz edib

Avqustun 23-də 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 60-dan artıq məhbus rəhbərliklə görüşərək inanclı xanımların həbslərinə etirazlarını bildiriblər.
Müəssisə rəhbərliyi məhbusların müraciətini dinləyib və məsələ barədə yuxarı instansiyalara məlumat veriləcəyini bildirib.
Xatırladaq ki, İmam Hüseynin 40-ı – Ərbəin günündə küçədə ehsan paylayan bir qrup qadın saxlanılmışdı. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, saxlanılan 6 qadın Xəzər rayonu ərazisində nəqliyyat və piyada hərəkətinin sıx olduğu ərazidə “kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərməkdə” ittiham olunaraq barələrində həbs-qəti imkan tədbiri seçilib.