İsrail Sənaya hava zərbələri endirib

İsrail Ordusu Yəməndə Prezident Sarayının yaxınlığına, “Asar” və “Xəziz” elektrik stansiyalarına və husilərin ballistik raketlər yerləşdirdiyi ehtimal olunan obyektlərə hava zərbəsi endirib.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, Prezident Sarayı Sənada hərbi obyektlərin yaxınlığında yerləşir. “Asar” və “Xəziz” elektrik stansiyalarının isə husilərin fəaliyyəti üçün vacib elektrik təchizatı obyektləri olduğu bildirilib.