İnanclı qadınların saxlanılması və onlara qarşı cinayət işlərinin açılması ictimaiyyətdə etirazlarla qarşılanır. Bu məsələyə ilahiyyatçı Toğrul Nuriyev də münasibət bildirib. O, İslamın iffət və ismət kimi ali dəyərlər verdiyi xanımın bu gün təhqir olunmasının, qadının bərabərlik adı altında ucuz bir əşyaya çevrilməyə cəhd edilməsinin Azərbaycanda da planlı şəkildə həyata keçirildiyini vurğulayıb:
“Bu gün həbs edilən inanclı xanımlar əslində cəmiyyətdə çadranın və hicabın dəyər olaraq hədəfə alınmasının göstəricisidir. Örtülü qadınlara qarşı diskriminasiya oyunu qurulur ki, nəticədə örtünmək istəyənlər qorxu səbəbindən bu addımdan çəkindirilsin, örtünənlər isə hədəf göstərilərək çadradan uzaqlaşdırılsın.
Belə zərərli fikirlər həmişə hakim mövqedə olan dairələr tərəfindən istifadə edilib. Bu gün də “gender bərabərliyi” adı altında əslində qadını bazar malına çevirən pozucu siyasət yürüdülür. Bu siyasətdə əsas maneə kimi görünən çadra və hicablı xanımlara qarşı qarayaxma və qorxu kampaniyası aparılır. Mən qətiyyətlə hakimiyyətin inanclı xanımları hədəfə alan bu siyasətini pisləyirəm və bu iyrənc planlara dərhal son qoymağı tələb edirəm.”
İlahiyyatçı Toğrul Nuriyev inanclı xanımların həbslərinə etiraz edib: “Ərbəin günü İmam Hüseyn (ə) adına ehsan paylayarkən həbs edilən xanımlar dərhal sərbəst buraxılmalıdır”