Türkiyə Superliqasında 3-cü turun görüşləri oynanılır.
Son çempion "Qalatasaray" səfər matçında "Kayserispor"la qarşılaşıb.
Qonaqlar meydan sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. Eren Elmalı 36 və 46-cı dəqiqələrdə fərqlənərək dubla imza atıb. 86-cı dəqiqədə Osimhen fərqi artırıb. Son nöqtəni isə 90+3-cü dəqiqədə Sane qoyub - 0:4.
Hazırda "cim-bom" 9 xalla turnir cədvəlinin lideridir. Kayseri təmsilçisi isə aktivindəki 1 xalla 12-ci pillədə qərarlaşıb.
"Qalatasaray" 3 xalı 4 qolla qazandı