Neft 50 dollara düşəcək

"Goldman Sachs analitikləri 2026-cı ilin sonuna kimi Brent markalı neftin qiymətinin bir barel üçün 50 dollara düşəcəyini proqnozlaşdırırlar. Reuters xəbər verir ki, buna səbəb bazara tədarükün artması və ehtiyatların artımının sürətlənməsidir.
Çərşənbə axşamı, avqustun 27-də səhər ticarətində Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri 0,4% ucuzlaşaraq bir barel üçün 66,4 dollar olub.
Bank 2025-ci ilin dördüncü rübündə bazarda neft profisitinin gündə orta hesabla 1,8 milyon barel artacağını və bu vəziyyətin 2026-cı ilin dördüncü rübünə qədər davam edəcəyini gözləyir. Nəticədə, 2026-cı ilin sonuna qədər qlobal neft ehtiyatları təxminən 800 milyon barel artacaq".