Etibar İsmayılov da inanclı xanımların həbsini qınayıb

Həbs olunan altı inanclı xanımların saxlanılmasına etirazlar davam edir. 8 saylı ciddi-qapalı rejimli müəssisədə cəza çəkən siyasi məhbus Etibar İsmayılov da məlum olaya etiraz edənlər sırasına qoşularaq xanımların həbsini pisləyib.

“Hələ də şəxsiyyət vəsiqələrində baş örtüyü müxtəlif bəhanələrə səbəb olaraq yasaqlanması, zamanla orta məktəblərdə, iş yerləri və ali təhsil ocaqlarında örtüklü xanımların iştirakına qadağanın davamı olaraq bu gün inanclı xanımlar süni bəhanələrlə həbsə alınır.
Bütün bu addımlar planlı təxribatdır və yolverilməzdir.
Mən də öz növbəmdə inanclı xanımların həbsini qınayır və onların qeyd-şərtsiz azadlığını tələb edirəm.”