Avqustun 25-də İsrail ordusu Qəzza zolağında Nasser xəstəxanasını hədəf alıb. Qəzzanın səhiyyə rəsmilərinə görə, azı 15 nəfər həlak olub. Ölənlər arasında dörd jurnalist və bir xilasedici də var.
Şahidlər bildiriblər ki, əvvəlcə partlayıcı dron xəstəxananın damına hücum edib, daha sonra raket zərbəsi endirilib. İkinci hücum xilasetmə işçiləri və jurnalistlər hadisə yerinə toplaşdıqdan sonra baş verib.
“Reuters” video-operatoru Hüsam əl-Masri həlak olanlar arasındadır, fotoqraf Hətəm Xalid isə yaralanıb. Digər ölən jurnalistlər “AP”, “Al Jazeera” və “NBC” ilə əməkdaşlıq edirdilər.
İsrail ordusu zərbələrə dair açıqlama verməyib.
2023-cü ilin oktyabrında başlayan müharibədən bəri Qəzzada ən azı 244 jurnalist, ümumilikdə isə 60 mindən çox insan öldürülüb.
İsrailin zərbələri nəticəsində arasında dörd jurnalist və bir xilasedici olmaqla azı 15 nəfər həlak olub