“Qazprom” Ermənistana qaz tədarükünü bərpa edib

“Qazprom” Rusiya qazının Ermənistana tədarükünü bərpa edib.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətdən bildirilib ki, qazın verilişi bu gün səhər saat 06:00-dan bərpa edilib.

Daha əvvəl tədarükün nüvəqqəti dayandırılması Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olduğu bildirilmişdi.