İran xalqı ABŞ-nin təhqiredici tələbinə qarşı güclü müqavimət göstərir

İslam İnqilabının Rəhbəri, bütün xalq, məsul şəxslər və söz və qələm sahiblərinin müqəddəs və əzəmətli milli birliyi qorumaq və gücləndirmək üçün tam qüvvə ilə çalışmalı olduqlarını vurğulayaraq deyib: İran xalqı ABŞ-nin təhqiredici tələblərinə qarşı güclü dayanacaq.

Bugün səhər, İmam Rzanın (ə) şəhadətinin anım mərasimində, müxtəlif təbəqələrdən olan insanlar ilə görüşdə, İnqilab Rəhbəri aşağıdakıları qeyd edib:

Xalqın, məsul şəxslərin və silahlı qüvvələrin dəmir qüvvəsi olan birlik heç bir halda zədələnməməlidir.
Ölkənin xidmətçilərinə, xüsusilə çox çalışan prezidentə dəstək verilməlidir.
İran milləti ABŞ-nin təhqiredici tələblərini qətiyyətlə rədd edir və buna qarşı güclü şəkildə durur.

Ayətullah Xamenei, bu gün səhər İmam Rzanın (ə) şəhadətinin ildönümündə müxtəlif təbəqələrdən olan minlərlə insanlarla görüşdə mühüm məqamlara toxunaraq qeyd edib: İranın düşmənləri "millət, məsul şəxslər və silahlı qüvvələr arasında güclü vəhdəti" və "hərbi hücumlarda çətin məğlubiyyətləri" görərək, İran millətini və İslam sistemini müharibə ilə diz çökməyin mümkün olmadığını anlamışlar və buna görə də indi "ölkə daxilində münaqişə yaratmaq" məqsədini güdürlər. Buna qarşı, bütün xalq və məsul şəxslər, həmçinin söz və qələm sahibləri müqəddəs və əzəmətli milli birliyi qoruyub və gücləndirmək üçün tam qüvvə ilə çalışmalıdırlar.

İnqilab Rəhbərin bir suala cavabı: ABŞ-nin İran xalqına qarşı düşmənçiliyinin əsas səbəbi nədir?        

İnqilab Rəhbəri bildirib: Burada bir sual ortaya çıxır ki, ABŞ-nin İranla düşmənçiliyinin əsas səbəbi nədir? Bu, bir az asan görünən bir sual olsa da, əslində mürəkkəb bir sualdır və cavabı çox vacibdir. Bu düşmənçilik bu günə aid deyil, 45 ildir ki, ABŞ hökumətləri müxtəlif insanlar, şəxslər və partiyaların hakimiyyətə gəlməsi ilə eyni düşmənçiliyi, eyni sanksiyaları və eyni təhdidləri İslam Respublikasına və əziz İran xalqına qarşı göstərirlər. Bəs bunun səbəbi nədir?

O, əlavə etdi: Keçmişdə bu səbəb gizlədilirdi, müxtəlif bəhanələrlə, məsələn, terrorizm, insan haqları, qadın hüquqları, demokratiya kimi mövzular altında izah edilirdi. Əgər bəyan edirdilərsə belə, bunu daha nəzakətli şəkildə edirdilər və deyirdilər ki, İranın davranışını dəyişdirmək istəyirik. Amma bu günki ABŞ rəhbəri əsl məqsədi aşkar etdi və əsas məqsədi dilə gətirdi. O, deyib: "Bizim İranla, İran milləti ilə mübarizəmiz ona görədir ki, İran ABŞ-nin əmrlərinə tabe olsun." Biz İran milləti bunu düzgün anlamalıyıq. Bu, çox vacib bir məsələdir. Təbii ki, onun təbiri mənim dediyimdən bir qədər fərqli ola bilər, məsələn, "biz istəyirik ki, İran sözə qulaq asan olsun" deyə bilərdi.

İnqilab Rəhbəri vurğulayıb: ABŞ istəyir ki, İran onun əmrlərinə tabe olsun və bu səbəbdən də İran xalqı bu böyük təhqir qarşısında dərindən narahat olur və bu cür səhv gözləntiləri olan hər kəsə qarşı bütün gücü ilə mübarizə aparır. Onlar ki, deyirlər niyə ABŞ ilə birbaşa danışıqlar aparmırsınız və məsələləri həll etmirsiniz, onlar sadəcə işin zahirini görürlər.

Sonra, İnqilab Rəhbəri, İsrail rejiminin təcavüzündən bir gün sonra İran düşmənlərinin Avropanın bir paytaxtında yığıncaq keçirməsi barədə danışaraq deyib: 13 iyunda İrana hücum edildi, bir gün sonra, 14 iyunda, ABŞ-nin müxtəlif agentləri Avropanın bir paytaxtında yığışıb, İslam Respublikasının yerini tutacaq alternativin nə olacağı barədə müzakirələrə başladılar. Eşitdim bunu televiziyada da bir neçə gün əvvəl deyiblər. Bunu bizə həmin vaxt məlumat vermişdilər. O qədər əmin idilər ki, bu hücum İslam Respublikasının təməlini sarsıdacaq və əmin idilər ki, xalqı İslam Respublikasıyla qarşı-qarşıya qoyacaqlar.

İslam İnqilabının Rəhbəri əlavə edib: Bunu çox deyirik, amma yenə də təkrarlamaq istəyirəm. İran xalqı, öz müqaviməti ilə, silahlı qüvvələrinin, dövlətinin və sisteminin yanında duraraq, bütün bu düşmənlərə möhkəm bir zərbə vurdu. O toplantıda, İslam Respublikasına alternativ tapmağa çalışan axmaqların arasında bir iranlı da vardı, kül olsun onun başına!

İslam İnqilabının Böyük Rəhbəri çıxışının davamında, sionist rejiminin cinayətləri haqda buyurub:

Bu gün qarşımızda olan düşmən, yəni sionist rejimi, dünyanın ən nifrət edilən rejimi və ən çirkin hökumətidir. Xalqlar bu rejimdən iyrənir, ondan nifrət edirlər və hətta dövlətlər belə bu rejimi qınayırlar. Bu gün Qərb dövlətlərinin rəhbərləri, həmişə sionist rejimini dəstəkləyənlər belə, bu rejimi pisləyirlər. Amma bu sadəcə sözlə qınanmadır. Sözlə qınamaq yetərli deyil, bunun heç bir faydası yoxdur. Bugün sionist rejiminin rəhbərlərinin törətdiyi cinayətlər, məncə, tarixdə misli görülməmişdir. Uşaqları aclıq və susuzluqla öldürmək, onları bu iki dəhşətli vəziyyətlə qətlə yetirmək...

İslam İnqilabının Böyük Rəhbər əlavə edib: Uşaqlar yemək almaq üçün bir yerə gəldikdə, onları güllələmək – bu, mənim bildiyim qədərilə tarixdə misli görülməmiş bir cinayətdir. Bu, xalqları çox ağır şəkildə narahat edir. Buna qarşı mübarizə yalnız dil ilə mümkün deyil. Dövlətlər "biz müxalifik, biz pisləyirik" desələr də, bunun heç bir əhəmiyyəti yoxdur; hətta Fransa, İngiltərə və digər ölkələr də bu rejimi pisləsələr, bunun faydası yoxdur. Sionist rejiminə yardım yolları tamamilə bağlanmalıdır.

Ayətullah Xamenei vurğulayıb: Bu gün Yəmənin şücaətli xalqının apardığı mübarizə doğrudur. Bu, doğru bir yoldur. Sionist rejiminin rəhbərlərinin törətdiyi cinayətlərə qarşı mübarizə aparmanın yeganə yolu, onlara yardım yollarının bütün istiqamətlərdən tamamilə bağlanmasıdır.

Ayətullah Seyid Əli İmam Xamenei, eyni zamanda, İranın Fələstin xalqına dəstəyini bir daha vurğulayaraq deyib: Biz, hər zaman olduğu kimi, İslam Respublikası olaraq, mümkün olan hər bir addımı atmağa hazırıq. Hər bir işə hazırıq və ümid edirik ki, Allah-Təala, İran millətinin və bütün haqq tərəfdarlarının hərəkətinə bərəkət versin və bu faciənin kökünü məhv etsin.