Suriyada kamikadze sərhəd-keçid məntəqəsinə hücum etdi

Suriyada terror aktı baş verib. 

Bu barədə SANA agentliyi məlumat yayıb. 

İslam Dövləti terrorçu-kamikadzeləri şərqdəki Deyr-əzzor əyalətində sərhəd-keçid məntəqəsinə hücum ediblər. Nəticədə bir təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub. Qüvvələr hücum edənlərdən birini öldürə bilib. İkincisi isə kamikadze jiletini partladıb.