İnanclı xanımların həbsinə daha 11 məhbus etirazını bildirdi

Altı inanclı xanımın “qanunla icazə verilməyən yerdə dini ayinlərin icra edilməsi” iddiası ilə saxlanılmasına 17 saylı cəzaçəkmə müəsisəsinin daha 11 məhbusu etirazını bildirib. Onlar baş verən hadisənin qəbuledilməz olduğunu bildirərək məlum hadisəni ölkədə anti-islam atmosferinin sərtləşməsi istiqamətində növbəti addım hesab edirlər.
“İnanclı qadınlara qarşı bundan öncə də bu tip təxribatlar baş vermişdi. Lakin İmam Hüsenin (ə) 40-ı günündə ehsan paylamağı cinayət əməlinə çevirmək bütün xəttlərin aşılmasından başqa bir şey deyil.
Biz, aşağıda adı keçən məhbuslar inanclı xanımların həbsini təxribat və bu addımı məhkum, eyni halda xanımların azadlığını hakimiyyətdən tələb edirik.
Bağırov Rəhman, Qasımov Natiq, Pənəliyev Vəfadar, Qurbanov Sahib, Allahverdiyev Cavid, İsayev Elsevər, İbrahimov Tərxan, Tahirov Ziya, Şükürov Baba, Bəxşəliyev İlkin.
 
17 saylı cəzaçəkmə müəssisəsi.
23 avqust 2025-ci il.