3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan məhbus Elgiz Məmmədov da inanclı xanımların saxlanılmasına öz etirazını bildirib. O, ölkədə islamafob atmosferdə yaşanan gərginliklər üzərində qadınların həbsinin yolverilməzliyinə diqqət çəkərək hakimiyyətdən xanımların azadlığını tələb edib.
Xatırladaq ki, avqustun 14-də İmam Hüseynin 40-ı, Ərbəin münasibəti ilə ehsan paylayan bir qrup qadın saxlanılıb. Aralarında azyaşlı uşaqların da olduğu inanclı xanımlar Xəzər Rayon Polis İdarəsinə gətirildikdən sonra xanımlardan altı nəfərinə cinayət işi başlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
Məsələ cəmiyyətdə birmənalı qarşılanmadan qınaq hədəfinə tuş gəlib.
Şüvəlan İstintaq Təcridxanasından Elgiz Məmmədov da inanclı xanımların həbsini pisləyib