Daha iki məhbus inanclı qadınların həbsinə etirazını bildirib

İnanclı xanımların həbsinə daha iki məhbus qoşulub. Umbakı həbsxanasından Mehdiyev Nadim Nadir oğlu və 17-saylı cəzaçəkmə müəssisəsindən Sultanov Elşad Əlihüseyn oğlu İmam Hüseynin (ə) 40-ı (Ərbəin) mərasimi günü ehsan paylayan altı inanclı xanımın həbs edilərək barələrində cinayət işinin başlanılmasına etirazlarını bildiriblər.

Xatırladaq ki, avqustun 14-də bir qrup inanclı xanım İmam Hüseynin (ə) 40-ı mərasimi günündə Xəzər rayonu ərazisində İmam Hüseyn (ə) adına ehsan payladıqları üçün polis tərəfindən saxlanılaraq barələrində cinayət işi başladılıb. Polis xanımların bu addımını dini mərasimlərin keçirilməsi nəzərdə tutulmayan yerdə tədbir keçirmə cəhdi olaraq dəyərləndirib.