Şikayətlərdən biri rədd edilib
Suraxanı Rayon Məhkəməsində həbsdəki jurnalist Əfqan Muxtarlının iki şikayətinə baxılıb.
Məlumatı Meydan TV-yə jurnalistin xanımı Leyla Mustafayeva verib.
Əfqan Muxtarlının həbsxanada qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmasından verilən şikayətə dekabrın 27-də hakim Ramil Həsənovun sədrliyi ilə baxılıb. Şikayətdə jurnalistin oktyabr ayında cəzaçəkmə müəssisəsində qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qaldığı iddia edilir.
L.Mustafayeva bildirib ki, məhkəmə baxışı zamanı Əfqan Muxtarlının oktyabrda “kars”a salındığı, ancaq bununla bağlı qərarın olmadığı müəyyənləşib. Hakim Penitensiar Xidmətin əməkdaşlarının Ə.Muxtarlıya münasibətdə davranışlarında cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün işi Suraxanı Rayon Prokurorluğuna göndərib.
Jurnalistin vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, məhkəmə baxışı prokurorluğun qərarından sonra davam etdiriləcək.
Jurnalistin həbsxanada telefonla danışıq, yaxınları ilə görüşmək hüququna, kitab verilməsinə məhdudiyyət qoyulmasından verilən şikayətinə isə dekabrın 28-də baxılıb.
Ancaq Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti əsassız sayaraq, rədd edib.
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-da evinin yaxınlığından “yoxa” çıxıb, mayın 30-da Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.
Məhkəmədə Əfqan Muxtarlının şikayətlərinə baxılıb

Oxşar xəbərlər