Prezident İlham Əliyev İslam Rzayevi Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Bu barədə oktyabrın 30-da prezidentin rəsmi saytında dərc ounan sərəncamda deyilir.
Sərəncamda bunun səbəbi izah edilməyib.
Bu gün həmçinin hakimiyyətə yaxın bir sıra KİV-lərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsin saxlandığı bildirilib.
60 yaşlı İslam Rzayev 14 il ərzində rayona rəhbərlik edib.
O, bundan əvvəl bir neçə rayonun icra strukturlarında və dövlət qurumlarının mərkəzi aparatlarında müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycanda icra başçılarının həbsi dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada keçirilən əməliyyatlarla ilə başlayıb.
Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında da oxşar həbslər həyata keçirilib. Başçılar mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə saxlanılıb, bəziləri bu ittihamları tam, bəziləri isə qismən qəbul etməyib
Balakən icra başçısı vəzifəsindən azad edilib